Xəzər Xəbər

Keçmiş məhkum narkotiklə yaxalanıb - Göyçayda

Region | 11:50 • 20 Yanvar 2021
Keçmiş məhkum narkotiklə yaxalanıb -

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, yaşadığı ünvana baxış keçirilən zaman isə 465 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti