Xəzər Xəbər

Şabranda oğlunu güllələyən Quba rayon sakini saxlanılıb

Region | 15:10 • 15 Yanvar 2021
Şabranda oğlunu güllələyən Quba rayon sakini saxlanılıb

Yanvarın 14-də Şabran rayonunun Pirəmsən kəndində Quba rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun sərxoş halda ailə-məişət münaqişəsi zəminində oğlu Ürfana tüfəngdən atəş açması barədə rayon polis şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, baş nahiyəsindən xəsarət almış Ürfana xəstəxanada ilkin tibbi yardım göstərilib.


Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan "İJ-16” markalı ov tüfəngi götürülüb.


Görülmüş tədbirlər nəticəsində T.Məmmədov saxlanılıb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti