Xəzər Xəbər

Ağdaş sakinləri narkotik vasitə ilə saxlanılıb

Region | 11:21 • 15 Yanvar 2021
Ağdaş sakinləri narkotik vasitə ilə saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində şəhər sakini S.Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir ədəd sellofan torbada ümumi çəkisi 485 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağdaş şəhər sakini S.Mustafayev saxlanılıb. Həmin şəxsdən də 455 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.


Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti