Xəzər Xəbər

Şəkidə evini tərk edən daha bir COVID-19 xəstəsi barədə təhqiqat aparılır

Region | 15:51 • 27 Noyabr 2020
Şəkidə evini tərk edən daha bir COVID-19 xəstəsi barədə təhqiqat aparılır

Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə polis şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, rayon sakini Davud Hüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D.Hüseynovun "Niva” markalı avtomobillə şəhər ərazisində hərəkət etdiyi məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.


Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti