Xəzər Xəbər

Ermənistan Goranboyda mülki əhalini hədəfə alıb

Region | 13:59 • 25 Oktyabr 2020
Ermənistan Goranboyda mülki əhalini hədəfə alıb

"Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb".

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib.

"Bu fakt bir daha sübut edir ki, erməni hərbi qrupları davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər", - deyə məlumatda qeyd edilib.



Xəbər lenti