Xəzər Xəbər

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

Region | 10:14 • 16 Sentyabr 2020
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.


DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2550 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti