Xəzər Xəbər

Şəmkirdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər həbs edilib

Region | 12:25 • 16 İyul 2020
Şəmkirdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər həbs edilib

İyulun 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Şəmkir rayonu ərazisində yürüş keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, həmin məlumatları paylaşan şəxslərin kimliklər Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib. Araşdırmalarla məlum olub ki, rayon sakinləri İdris Həsənov və Hidayət Hidayətli müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq rayon polis şöbəsinə gətirilib, profilaktiki söhbətlər aparılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Həsənov 20, H.Hidayətli isə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbər lenti