Xəzər Xəbər

Masallı gəncləri şəhid mayor Anar Novruzovun məzarını ziyarət ediblər

Region | 17:05 • 15 İyul 2020
Masallı gəncləri şəhid mayor Anar Novruzovun məzarını ziyarət ediblər

İyulun 15-də Masallı gənclərindən bir qrupu rayonda tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət etməklə Ərkivan qəsəbəsində dəfn edilən mayor Anar Novruzovun məzarını ziyarət ediblər.


Rayonun gəncləri erməni təxribatının qurbanı olan Azərbaycan Ordusunun zabitinin məzarı önünə gül dəstələri düzərək ona hörmət və ehtiramlarını bildiriblər.


Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun mayoru Anar Novruzov qəhrəmancasına şəhid olub. O, iyulun 14-də Masallı rayonunun Ərkivan qəsəbəsində torpağa tapşırılıb. 44 yaşı olan zabitin iki övladı var.

Xəbər lenti