Xəzər Xəbər

Gəncədə güclü yağış xəstəxananın hasarını uçurub, qaz xətti yararsız vəziyyətə düşüb

Region | 13:54 • 11 İyul 2020
Gəncədə güclü yağış xəstəxananın hasarını uçurub, qaz xətti yararsız vəziyyətə düşüb

Gəncə şəhərində səhər saatlarında yağan güclü yağış nəticəsində Mərkəzi Klinik xəstəxananın hasarı uçub. Bu zaman xəstəxanaya məxsus diametri 76 millimetr olan yerüstü polad təbii qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb. Təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılıb. Fəsadlar aradan qaldırılan kimi qaz təminatı da dərhal bərpa ediləcək.


Bu barədə xezerxeber.az-a "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Xəbər lenti