Xəzər Xəbər

Qusarda usta işlədiyi evlərdən oğurluq edib

Region | 11:15 • 9 İyul 2020
Qusarda usta işlədiyi evlərdən oğurluq edib

Qusarda beş evdən oğurluq edən usta tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vuran usta saxlanılıb.


Araşdırmalarla onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib.

Xəbər lenti