Xəzər Xəbər

Zaqatalada beşotaqlı ev yanıb

Region | 10:51 • 8 İyul 2020
Zaqatalada beşotaqlı ev yanıb

Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 156 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ev tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti