Xəzər Xəbər

Masallıda ziyafət məclisində iştirak edənlər cərimələniblər

Region | 12:27 • 6 İyul 2020
Masallıda ziyafət məclisində iştirak edənlər cərimələniblər

Masallıda sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində ziyafət məclisi təşkil etdiyi müəyyən edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, ziyafət məclisinin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanılaraq Masallı rayon polis şöbəsinə gətiriliblər.


Sərtləşdirilmiş karantin rejimi qaydalarının pozduqlarına görə ziyafət məclisində iştirak edən 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Xəbər lenti