Xəzər Xəbər

Tərtərdə Gəncə sakinindən marixuana götürülüb

Region | 11:39 • 6 İyul 2020
Tərtərdə Gəncə sakinindən marixuana götürülüb

Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq daşımasında şübhəli bilinən Gəncə şəhər sakini Hüseyn Nağıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən və əlindəki polietilen torbalardan çəkisi 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.


Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti