Xəzər Xəbər

İsmayıllıda yığıncaqda iştirak edən şəxslər cərimələnib - FOTO

Region | 09:21 • 6 İyul 2020
İsmayıllıda yığıncaqda iştirak edən şəxslər cərimələnib -

İsmayıllıda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Rayon polis şöbəsinin əməkdaşları tərəfindən kecirilən tədbir zamanı həyətində yığıncaq təşkil edən Hacıhətəmli kənd sakini Ədalət Kərimov inzibati məsuliyyətə cəlb olunub. Məclisdə olan 11 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.

Xəbər lenti