Xəzər Xəbər

Qubada istirahət etmək istəyirdilər, cərimələndilər - FOTO

Region | 15:54 • 3 İyul 2020
Qubada istirahət etmək istəyirdilər, cərimələndilər -

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələn şəxslər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.


Onların arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək Quba rayonuna istirahət üçün gələnlər də olub.


Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İXM-nin 211.1- maddəsi ilə protokollar tərtib olunub, həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Xəbər lenti