Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb. 2010-cu il təvəllüdlü Nuray Həsənli Hüseyn qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.