Xəzər Xəbər

Mingəçevirdə axtarışda olan qadın saxlanılıb

Region | 14:08 • 6 Aprel 2020
Mingəçevirdə axtarışda olan qadın saxlanılıb

Aprelin 1-də Mingəçevir şəhəri ərazisində Yevlax rayon sakini K.Kərimovun cibindən 210 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Kadırova Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ətrafında aparılmış tədbirlərlə onun Mingəçevir şəhər sakini A.Əliyevin cibindən 155 manat oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar