Xəzər Xəbər

Karantin rejimini pozan Lənkəran sakini həbs edilib - FOTO

Region | 13:51 • 5 Aprel 2020
Karantin rejimini pozan Lənkəran sakini həbs edilib -

Karantin rejimini pozan Lənkəran sakinin üzərindən narkotik vasitə də aşkar edilib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti