Xəzər Xəbər

Ağstafa rayonunda raket aşkarlanıb - FOTO

Region | 17:28 • 1 Aprel 2020
Ağstafa rayonunda raket aşkarlanıb -
Aprelin 1-də saat 12:22-də Daxili İşlər Nazirliyinin 102 - zəng mərkəzi xidmətindən və saat 12:31-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun "Ceyrançöl” adlanan ərazisində mərminin tapılması barədə məlumat daxil olub. 

ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 122 millimetrlik 9M22U raketi aşkarlanıb və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 450 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti