Xəzər Xəbər

Zaqatalada kişi həmkəndlisini bıçaqlayıb

Region | 08:43 • 20 Fevral 2020
Zaqatalada kişi həmkəndlisini bıçaqlayıb

Fevralın 19-u axşam saat 22 radələrində Zaqatala rayonunun Yolayrıc kəndində bıçaqlanma hadisəsi baş verib.


Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ramazan Herov oğlu Quziyev ilə 1995-ci il təvəllüdlü Səfər Şaban oğlu Əhmədov arasında baş verən mübahisə zamanı Ramazan Quziyev üzərində olan bıçaqla Səfər Əhmədovun döş qəfəsinin sol nahiyəsinə xəsarət yetirib.


Kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti alan Səfər Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Xəbər lenti