Xəzər Xəbər

Avtomobil qaçıran, metroda cibgirlik edən və evdən pul oğurlayan şəxslər yaxalanıb

Region | 17:11 • 16 Dekabr 2019
Avtomobil qaçıran, metroda cibgirlik edən və evdən pul oğurlayan şəxslər yaxalanıb

Lerik rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də Divağac kənd sakini C.Ağayevin "VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Şonayçola kənd sakini, ruhi xəstə E.Məhərrəmov saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, həmin gün Metropolitendə polis şöbəsinə müraciət edən Beyləqan rayon sakini A.Allahyarzadə metronun "28 May” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.


Oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Hümmətov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən yaxalanıb.


Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları dekabrın 12-də rayondakı evlərin birindən 45 min ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadəni tutublar.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti