Xəzər Xəbər

Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Region | 09:27 • 13 Dekabr 2019
Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.


Hadisə Bərdə şəhəri, Mirzə Fətəli Axundov küçəsi mənzil 6-da baş verib.


Şəhər sakinləri Məmmədova Yeganə İshaq qızı və onun övladları - Məmmədov İlham Tofiq oğlu və Məmmədova Zəhra Tofiq qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti ağırdır.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti