Xəzər Xəbər

Qubada narkotik vasitələr satan iki nəfər saxlanılıb - FOTO

Region | 12:08 • 10 Dekabr 2019
Qubada narkotik vasitələr satan iki nəfər saxlanılıb -

Quba rayon polis şöbəsi (RPŞ) əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxsləri saxlayıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuşlar - 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanılan zaman hər iki şəxsin üzərindən heroin aşkar edilərək götürülüb.


Dindirilmə zamanı X.Hacızadə və C.İlyasov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə Xalidin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər. Polis əməkdaşları tərəfindən qeyd edilən evə keçirilən baxış zamanı isə oradan qabaqcadan satış üçün hazırlanmış bükümlərdə olan küllü miqdarda metamfetamin və heroin, eləcə də kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti