Xəzər Xəbər

Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb

Region | 14:41 • 15 Noyabr 2019
Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb

Yevlaxda bir qrup şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Üç evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalarla onun evlərdən 2000 manata yaxın əşyalar, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. O, dindirilərkən həmin cinayət əməllərini törətdiyini etiraf edib.


Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayəti işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti