Xəzər Xəbər

Ucarda 3 gün əvvəl bıçaqlanan şəxs ölüb

Region | 15:36 • 10 Noyabr 2019
Ucarda 3 gün əvvəl bıçaqlanan şəxs ölüb

Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb.


Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Abbas Malik oğlu Feyzullayev ötən gün axşam saatlarında orada ölüb.


Qeyd edək ki, hadisə noyabrın 7-də axşam saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzaliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzaliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Xəbər lenti