Saatlı rayonunda dələduzluq etdiyinə görə tutulmuş şəxsin digər cinayətləri də müəyyənləşib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dələduzluq etdiyinə görə tutulmuş N.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə həmin şəxsin 2018-ci ilin avqustundan cari ilin mart ayınadək olan müddətdə Saatlı rayon sakinləri olan daha dörd nəfəri aldadıb onlardan ümumilikdə 8700 manat alması da məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.