Xəzər Xəbər

Şirvanda 2 qadın itkin düşüb - FOTO

Region | 14:17 • 19 Oktyabr 2019
Şirvanda 2 qadın itkin düşüb -

Hacıqabul rayon sakini Əslanə Ablıyeva itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Ə.Ablıyeva oktyabr ayının 12-də Şirvan şəhərində qonaq gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan verilən digər məlumata görə, Şirvan sakini Günay Novruzova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkillərdə gördüyünüz hər şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 zəng mərkəzi” xidmətinə, həmçinin Şirvan şəhər polis şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti