Xəzər Xəbər

Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Region | 14:09 • 13 Oktyabr 2019
Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb -

Bakı-Şamaxı-Yevlax yolunda baş verən avtomobil qəzasında xəsarət alan şəxslərin adları məlum olub.


"Mersedes Vito" markalı sərnişin mikroavtobusunun yoldan çıxaraq elektrik dirəyinə çırpılması və aşması nəticəsində Göyçay şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gözəlov Elşad Nəriman oğlu, 1980-ci il təvəllüdlü Əfəndiyev Tərlan Ələddin oğlu, Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü Feyzullayeva Bahar Məhəmməd qızı, Ləkçiplaq kənd sakinləri, 1998-ci il təvəllüdlü Vəliyev İbrahim Polad oğlu və 1996-cı il təvəllüdlü Yusifov Kamil Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


***


saat 12.02


İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Yoldan çıxan "Mersedes Vito" markalı sərnişin mikroavtobusu elektrik dirəyinə çırpılaraq aşıb və nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti