Xəzər Xəbər

Lənkəranda törədilmiş qətllə bağlı saxlanılanlar var - Cinayət işi başlanıb

Region | 15:24 • 16 Sentyabr 2019
Lənkəranda törədilmiş qətllə bağlı saxlanılanlar var -

Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçiriblər.


Tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş V.Hüseynov (E.Yusubovun bacısı oğlu), əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti