Xəzər Xəbər

Lənkəranda 63 yaşlı kişi evində öldürülüb

Region | 12:41 • 16 Sentyabr 2019
Lənkəranda 63 yaşlı kişi evində öldürülüb

Lənkəranda qətl törədilib.


Liman şəhər sakini, 1956-cı il təvəllüdlü Eyvaz Məcid oğlu Yusubovun meyiti yaşadığı R. Rza küçəsindəki evində qonşusu tərəfindən aşkarlanıb.


Hüquq-mühafizə orqanları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, müaviq ekspertizalar təyin edilib.


Meyitin ilkin müayinəsi zamanı onun üzərində zorakılıq ələmətlari aşkarlanıb.


Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istinta hərəkətləri davam etdirilir. (APA)

Xəbər lenti