Xəzər Xəbər

Sabirabadda minik avtomobili aşıb, sürücü ölüb

Region | 10:54 • 15 Sentyabr 2019
Sabirabadda minik avtomobili aşıb, sürücü ölüb

Bu gün Sabirabad rayonunda yol-nəqliyyat qəzası baş verib.


Hadisə Padar-Sabirabad yolu üzərində yerləşən Kovlar kəndi ərazisində olub.


Saatlı rayonunun Cəfərxan kənd sakini 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlunun idarə etdiyi "VAZ 2106” markalı minik maşını yoldan çıxaraq aşıb.


Sürücü hadisə yerində ölüb.


Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Xəbər lenti