Xəzər Xəbər

Şamaxı rayonun Meysəri kəndi yaxınlığında yanğın başlayıb

Region | 15:29 • 24 Avqust 2019
Şamaxı rayonun Meysəri kəndi yaxınlığında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.


Əlavə məlumat veriləcək.

Xəbər lenti