Xəzər Xəbər

Göyçay, Ucar, Zərdab rayonlarında 2 gün qaz olmayacaq

Region | 19:02 • 16 Avqust 2019
Göyçay, Ucar, Zərdab rayonlarında 2 gün qaz olmayacaq

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.


Bu barədə xezerxeber.az-a "Azəriqaz” İstehsalat Birliyindən bildirilib.


Xəbərə görə, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.

Xəbər lenti