Xəzər Xəbər

Traktor kəməri zədələyib, 12 kəndin qazı kəsilib - FOTO

Region | 17:43 • 16 Avqust 2019
Traktor kəməri zədələyib, 12 kəndin qazı kəsilib -

Tərtər Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində körpü-tunel tikintisi ilə məşğul olan təşkilata məxsus traktor qazıntı işləri zamanı orta təzyiqli qaz xəttini zədələyib.


"Azəriqaz” İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata əsasən yaranmış vəziyyətə görə axşam saat 15.30-dan etibarən 12 kəndin qaz təchizatı dayandırılıb.

Xəbər lenti