Xəzər Xəbər

Otla dolu traktor qoşqusu yandı - VİDEO

Region | 14:23 • 13 Avqust 2019
Otla dolu traktor qoşqusu yandı -

Bərdədə otla dolu traktor qoşqusu yanıb. Hadisə rayonun Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Yasin Şirinova məxsus ot bağları traktorun qoşqusunda alovlanıb. Yanğın zamanı qoşquya yığılmış 300 ədəd ot bağlaması yanaraq kül olub. Bununla da kənd sakininə 1200 manata qədər ziyan dəydiyi bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.




Xəbər lenti