Xəzər Xəbər

Lənkəran sakini qadın 25 gündür itkin düşüb

Region | 13:51 • 13 Avqust 2019
Lənkəran sakini qadın 25 gündür itkin düşüb

Lənkəran sakini itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Separadi kənd sakini, 1995-ci il təvəllüdlü Şəhanə Söhrab qızı Məmmədzadə bu il iyul ayının 20- saat 10 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib, bir daha evə qayıtmayıb.

Qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti