Xəzər Xəbər

Bərdədə ticarət obyektində yanğın baş verib

Region | 15:26 • 21 İyul 2019
Bərdədə ticarət obyektində yanğın baş verib

Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində güclü yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 2 min kvadratmetr olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) 590 kvadratmetri yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti