Xəzər Xəbər

Daha bir Cəlilabad sakini itkin düşüb - FOTO

Region | 15:44 • 18 İyul 2019
Daha bir Cəlilabad sakini itkin düşüb -

Cəlilabadda 68 yaşlı kişi axtarılır.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 1951-ci il təvəllüdlü Nadir Bahadır oğlu Məmmədov 23.03.2019-cu il tarixində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.


Onun əlamətləri - boyu 175 santimetr, gözlərinin rəngi qonur, saçlarının rəngi ağdır, ailəlidir.


Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 025-245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Qeyd edək ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini, 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova 16.12.2018-ci il tarixində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Xəbər lenti