Xəzər Xəbər

Füzulidə törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Region | 16:27 • 16 İyul 2019
Füzulidə törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Füzuli Rayon Polis Şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçiriblər.


Münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin orada işləyən həmyerlisi N.Həsənov olması təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib.


N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti