Xəzər Xəbər

Astarada avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

Region | 11:05 • 23 May 2019
Astarada avtoxuliqanlıq edən şəxs saxlanılıb -

Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran rayonundakı regional qrupundan xezerxeber.az-a bildiriblər ki, araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Astara şəhər sakini Vüsal Hüseynovun "Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti