Xəzər Xəbər

Şəmkirdə yanğın - tüstüdən zəhərlənən iki uşaq xilas edilib

Region | 14:58 • 22 May 2019
Şəmkirdə yanğın - tüstüdən zəhərlənən iki uşaq xilas edilib

Şəmkir rayonunda ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb. Yanğın zamanı tüstüdən zəhərlənən iki azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, alov söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti