Xəzər Xəbər

Salyanda çayda batan şəxsin meyiti tapılıb

Region | 10:39 • 25 Aprel 2019
Salyanda çayda batan şəxsin meyiti tapılıb

Salyan rayonunun Seyidsadıqlı kəndində, Akkuşa çayında batdığı ehtimal edilən 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının axtarışları başa çatıb.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, A.Dadaşovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti