Xəzər Xəbər

Xaçmazda quşçuluq ferması yanıb

Region | 09:30 • 24 Aprel 2019
Xaçmazda quşçuluq ferması yanıb

Xaçmaz rayonunda quşçuluq fermasında yanğın baş verib.


Hadisə rayonun Qaraçı kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev Mahir Cəfər oğluna məxsus ümumi sahəsi 1800 kv, olan quşçuluq fermasının 150 kv. hissəsi yanıb. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.


Yanğının başvermə səbəbləri araşdırılır. (ONA)

Xəbər lenti