Xəzər Xəbər

Qubada sərnişin avtobusları yenilənir - FOTO

Region | 10:32 • 23 Aprel 2019
Qubada sərnişin avtobusları yenilənir -

Qubada şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusların yenilənməsinə başlanılıb.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Quba Avtovağzalına verilən ilk mikroavtobus artıq xəttə buraxılıb.


Sərnişin avtobuslarında təhlükəsizliyin və rahatlığın təmin edilməsi, marşrut xətləri üzrə istismarda olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığının təmin olunması məqsədilə bütün avtobusların mərhələli şəkildə yeniləri ilə əvəz olunması nəzərdə tutulub.

Xəbər lenti