Xəzər Xəbər

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb

Region | 09:24 • 23 Aprel 2019
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb

Şirvan şəhərində naməlum avtomobil şəhər sakinini vuraraq öldürüb. Sürücü hadisə yerindən qaçıb.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Yük maşını tərəfindən vurulan şəhər sakini Məhərrəməli Xələfov hadisə yerində ölüb.


Hazırda sürücü və onun idarə etdiyi nəqliyyat vasitəsi axtarılır.

Xəbər lenti