Xəzər Xəbər

Salyanda yol qəzası: sürücü ölüb

Region | 09:22 • 22 Aprel 2019
Salyanda yol qəzası: sürücü ölüb

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Salyan-Neftçala avtomobil yolunun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Salyan şəhər sakini, Elsevər Nəcəfov idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb.


Qəza zamanı sürücü E.Nəcəfov hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti