Xəzər Xəbər

İsmayıllı sakini "Məni axtarmayın" yazaraq yoxa çıxıb - FOTO

Region | 12:57 • 21 Aprel 2019
İsmayıllı sakini "Məni axtarmayın" yazaraq yoxa çıxıb -

İsmayıllı sakini naməlum səbəbdən itkin düşüb.


ONA-nın yerli bürosunun xəbərinə görə İsmayıllı şəhər sakini, Sumqayıtda kirayə yaşayan 1970-ci il təvəllüdlü İsmayılov Sənan Razim oğlu 14 aprel 2019-cu il tarixdə 31-BE-038 dövlət nömrə nişanlı "VAZ 2107" markalı şəxsi minik avtomobilini İsmayıllıda yaşayan qardaşı Rahil İsmayılovun evinə gətirib, açarları qardaşının ailəsinə verib və "Məni axtarmayın" deyərək naməlum istiqamətə gedib.


Qardaşı Rahil İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Onun tapılması üçün barəsində axtarış elan olunub. Polis əməkdaşları hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Sənan İsmayılov qardaşının evindən çıxarkən əynində cins şalvar, göy rəngli gödəkcə olub. Məlumata görə üç uşaq atası olan Sənan İsmayılov həyat yoldaşından boşanaraq kirayə evdə yaşayırdı. Onu görüb tanıyanlardan bu telefona (0555677600 Rahil) zəng edib məlumat verilməsi xahiş olunur.

Xəbər lenti