Xəzər Xəbər

Qubanın Xınalıq kəndinə qar yağır - FOTO

Region | 14:07 • 17 Aprel 2019
Qubanın Xınalıq kəndinə qar yağır -

Aprelin 17-si gündüz saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.


Kənd sakinləri AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səhər saat 11-dən sonra hava şəraiti kəskin dəyişərək güclü qar yağmağa başlayıb. Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir. Qısa müddətdə qarın hündürlüyü 2 santimetrə çatıb.


AZƏRTAC Xınalıq kənd sakini Rüstəm Məlikovun bu gün çəkdiyi fotolar və videonu təqdim edir.

Xəbər lenti