Xəzər Xəbər

Ağdamda 15 yaşlı yeniyetməni maşın vuraraq öldürüb

Region | 14:14 • 26 Mart 2019
Ağdamda 15 yaşlı yeniyetməni maşın vuraraq öldürüb

Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb.


Belə ki, "VAZ-21099" markalı 02-BS-884 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 15 yaşlı yeniyetməni vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti