Xəzər Xəbər

Füzulidə sakinləri susuz qoyan şəxs saxlanılıb

Region | 14:20 • 25 Mart 2019
Füzulidə sakinləri susuz qoyan şəxs saxlanılıb

Füzuli rayonunda suvarma qurğularını sıradan çıxaran şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qayıdış-6 qəsəbəsinin ərazisində suvarma qurğularının birindən 132 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini M.Abdinov tutulub.


Onun digər suvarma qurğusundan 170 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilib.

Xəbər lenti